Qəhrəmanlar unudulmur - Milli Qəhrəman Məhəmməd Həsənov
09 avqust 2012 10:00 (UTC +04:00)

Qəhrəmanlar unudulmur - Milli Qəhrəman Məhəmməd Həsənov

Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.

Qəhrəmanlar unudulmur!


9 avqust Milli Qəhrəman Məhəmməd Həsənovun doğum günüdür. Məhəmməd Ələsgər oğlu Həsənov 1959-cu il avqustun 9-da Goranboy rayonu Qarasüleymanlı kəndində anadan olub. O, 1991-ci ildən Goranboy rayonu ərazisində bölük komandiri kimi düşmənə qarşı döyüşlərdə iştirak edib, həmin il dekabrın 9-da Todan kəndi uğrunda döyüşə rəhbərlik edib, onlarla erməni yaraqlısını məhv edərək kəndi düşməndən təmizləyib, sonra Mənəşli, Erkəc, Rus Borisi, Erməni Borisi, Qaraçinar, Talış kəndləri uğrunda qəhrəmanlıqla vuruşub, onun rəhbərlik etdiyi batalyon keçmiş Şaumyan rayonunun erməni quldurlarından təmizlənməsində, Ağdərənin azad edilməsində xüsusi fərqlənib. Ehtiyatda olan polkovnik-leytenant Məhəmməd Həsənov hazırda Goranboy rayonu Veyisli kənd orta məktəbində direktor vəzifəsində çalışır.
# 769

Oxşar yazılar