Yataq otağı üçün divar kağızı seçərkən ilk növbədə rəngə diqqət yetirmək lazımdır.
Lent.az xəbər verir ki, heç bir halda seçilən divar kağızı parlaq rəngli olmamalıdır.
Məlumata görə, qırmızı, narıncı və sarı çalarlı kağızları seçmək məsləhət deyil. Belə rəngli kağızlar ev sahiblərinin qıcıqlanmasına və yuxusuzluğa səbəb olacaq.
Həmçinin, yataq otağında bənövşəyi divar kağızından istifadə etməməlisiniz. Çünki bu rəng narahatlıq yarada bilər.
Seçdiyini divar kağızlarının rəngləri rahatlamağa kömək etməlidir. Krem, yaşıl, mavi tonları və həmçinin onların tünd çalarları tövsiyə olunur.