Tualetdə xoşagəlməz bir qoxunu tez bir zamanda aradan qaldırmağın asan yolu tapılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sadə bir addımla bu problemi asanlıqla həll edə bilərsiniz.
Xoşagəlməz qoxudan xilas olmaq üçün tualetə yandırılmış kibrit atmaq kifayətdir. Qoxu dərhal yox olacaq. Əlbəttə ki, daha sonra rezin əlcəkdən istifadə edərək kibriti çıxarıb zibil qutusuna atmalı olacaqsınız.
Əgər siz tualetə kibrit atmaqdan qorxursunuzsa, onu hamamda yandırıb söndürüb, daha sonra ata bilərsiniz. Bu da kömək edəcək. Tualeti tez təmizləməlisinizsə, ancaq evdə xüsusi bir məhsul yoxdursa, soda və ya hidrogen peroksiddən istifadə edə bilərsiniz.