Qonşuları qısqandıran  ağ paltarlar: 1 çimdik yetərlidir
20 oktyabr 2023 13:15 (UTC +04:00)

Qonşuları qısqandıran ağ paltarlar: 1 çimdik yetərlidir

Rəngi solmuş dəsmalları və ya paltarları ağartmaq üçün müxtəlif üsullar var. Bu üsullar sayəsində heç vaxt bozarmış əşyalarınızı atmağa ehtiyac qalmayacaq. 

Lent.az həmin üsulları təqdim edir:

Karbonat

Bunun ağardıcı təsirindən istifadə etmək üçün əvvəlcə solğun, saralmış, bozlaşmış paltarlarınızı qaynar su ilə dolu bir qaba qoyun. Sonra bir neçə qaşıq soda əlavə edin. Əşyaları bu qarışıqda 1-2 saat isladın. Proses başa çatdıqdan sonra paltarlarınızı paltaryuyan maşına atın, yumşaq bir rejimdə yuyun və qurumağa buraxın.

Bundan başqa, sodadan müxtəlif yollarla da istifadə edə bilərsiniz. Paltarların saralması üçün xüsusilə faydalı olan bu texnikada yalnız saralmış əşyaların üzərinə soda səpmək kifayətdir. Üzərinə limon sıxdıqdan sonra 10 dəqiqə gözləyin.

Onu maşına atın və yuyun. Ancaq bunu ipək paltarlarda sınamamalısınız.

Ammonyak 

Rəngsiz paltarlar üçün effektiv həll olan ammonyakın tərkibindəki təbii turşular paltarları ağardır. Paltarda olan ləkələri çıxarmaq üçün də istifadə edilən ammonyakı paltarınızın növünə uyğun seçə bilərsiniz. Bununla belə, istifadə edərkən diqqətli olmağı tövsiyə edirik.

Ammonyak turşusundan faydalanmaq üçün bir qaba qaynadılmış su tökün. Suya az miqdarda ammonyak əlavə edin və paltarı qoyun. Bu şəkildə təxminən 5 saat gözləmək lazımdır. Hər saatda bir dəfə qarışdırmanız yetərlidir. 

Qab yumaq üçün şampun 

Rəngsiz paltarları ağartmağın başqa bir üsulu qabyuyan yuyucu vasitələrdən istifadə etməkdir. Qabyuyan yuyucu vasitənin tərkibindəki maddələr paltarları əvvəlki vəziyyətinə qaytara bilər.

Əvvəlcə isti su və qabyuyan yuyucu vasitəni bir qabda qarışdırın, yaxşı köpüklənməlidir. 3 saat gözlədikdən sonra paltarları ovuşdurun ki, sərt olmasın. Sonra paltaryuyan maşına qoyaraq paltarda olan hər hansı ləkə və ya solğunların getdiyini görəcəksiniz.

# 49563
avatar

Fidan İlqar

Oxşar yazılar