Qazanları necə  parıldada bilərik?
27 mart 2024 17:50 (UTC +04:00)

Qazanları necə parıldada bilərik?

Hər bir evdar qadının böyük problemlərindən biri də çirkli, paslanmış qazanlardır. Bəzən onları necə təmizləmək barəsində çox çətinlik çəkirik. Bəs, bunun öhdəsindən necə gəlmək olar? 

Lent.az xəbər verir ki, ləkələnmiş qabları parlatmaq üçün sirkə, soda və suyu qarışdırın.

Hazırladığınız qarışıma təmiz bir parça batıraraq dibinə yapışmış qazanı silin. Həm içini, həm də çölünü sildikdən sonra 15 dəqiqə gözləyin və yuyun. Qazanları təmizləməyin yollarından biri cilalayıcıdan istifadə etməkdir. 

Bundan əlavə qabyuyan maşın üçün olan yuyucu vasitəni qazanın xaricini sürtərək, onun parıldamasına nail ola bilərsiniz. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6150
avatar

Sevinc Fərid

Oxşar yazılar