Hamamdan pas ləkələrini  necə çıxarmaq olar?
18 mart 2024 11:56 (UTC +04:00)

Hamamdan pas ləkələrini necə çıxarmaq olar?

Zamanla metal materialların oksidləşməsi ilə birgə inadkar və çətin təmizlənən pas ləkələri meydana gəlir. Ümumiyyətlə, metal əşyaların səthə nəm buraxması nəticəsində yaranan pas ləkələrinin təmizlənməsi bir çox insanın kabusuna çevrilir.

Bəs, hamamdan pas ləkələrini necə çıxarmaq olar?

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, pas ləkələrini çıxarmaq adi kirdən bir az daha çətin olsa da, bəzi addımlarla bunu asanlaşdırmaq olar.

Bunun üçün bazarlarda satılan pas üçün xüsusi istehsal olunan təmizləyici məhsullar çox təsirlidir. Lakin bu cür kimyəvi məhsullardan istifadə edərkən mütləq əlcək taxın, onları dərinizdən uzaq tutun və digər kimyəvi maddələrlə qarışdırmayın. İstifadə etdiyiniz məhsulun etiketindəki istifadə təlimatlarını diqqətlə oxumağınızdan və təmizlik zamanı vanna otağınızı yaxşı havalandırmağı unutmayın.

Bununla yanaşı, bəzi addımları sınaya bilərsiniz:

Limon

Paltardan pas ləkəsini çıxarmağın ən praktik yolu limon istifadə etməkdir. Pas ləkəsinin üzərinə bir az limon sıxıb qurumasını gözləyin. Daha sonra isə quruyan paltarınızı soyuq su ilə yuyun.

Ağ sirkə

Pas ləkəsi olan hissəyə ağ sirkə tökərək səthə keçməsini gözləyin. Limondakı eyni prosesi burada da tətbiq edin. Parça quruyandan sonra soyuq su ilə yuyun.

Limon və duz tandemi

Xüsusilə köynəklərinizdəki pas ləkələrini aradan qaldırmaq üçün ləkəli hissəyə bir miqdar limon sıxıb üzərinə duz əlavə edin və köynəyin qurumağını gözləyin. Ləkəli hissəni su ilə duruladıqdan sonra normal qaydada köynəyi yuyun.

Ammonyak faydalı ola bilər

Parçanın üzərindəki pas ləkəsi olan yeri sərt cisimlə ehtiyatla təmizləyin. Daha sonra üzərinə sabun əlavə etdiyiniz süngəri həmin hissəyə tətbiq edin. Sonda isə ammonyak və suyu qarışdıraraq ləkənin üzərinə tökün. 10 dəqiqə gözləyin və təmiz parça ilə silin.

# 3375
avatar

Fidan İlqar

Oxşar yazılar