Eyvandan  necə səmərəli   istifadə etmək olar? - Dizayner MƏSLƏHƏTİ
13 mart 2024 13:29 (UTC +04:00)

Eyvandan necə səmərəli istifadə etmək olar? - Dizayner MƏSLƏHƏTİ

Eyvan şəhər sakinləri üçün ən faydalı mənzil sahələrindən biridir. Bəzən insanlar eyvanın böyük olmasını istəmir. Çünki həmin sahənin yaşayış otaqları üçün daha faydalı ola biləcəyi düşünülür. Bəziləri isə kiçik eyvanları sevmir. Çünki bu zaman orada yaxşı istirahət imkanı yaratmaq o qədər də asan olmur.  

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə dizayner Yuliya Tuçino danışıb. 

Onun sözlərinə görə, eyvan lazımsız şeylərin anbarı hesab edilməməlidir. Burada idman guşəsi, iş otağı, yeməkxana və ya şəxsi bir yer yarada bilərsiniz. Ya da orada kitab oxumaq üçün kiçik bir məkan təşkil etmək olar.

Eyvanla nə etmək qərarına gəlsəniz belə, bu vəziyyətdə ən vacib şey onu düzgün izolyasiya etməkdir.

Eyvanı düzgün izolyasiya edin

1. Müxtəlif materiallardan istifadə edilə bilər, amma əsas odur ki, nəyi izolyasiya etmək gərəkli olduğu bilinməlidir. 

Bunlardan birincisi, qonşunun eyvanına bitişik divarlar, ikincisi tavandır. 

2. Ancaq izolyasiya qatını yapışdırmazdan əvvəl, divarların su keçirməzliyinə diqqət etmək lazımdır.

3. Pəncərəni dəyişdirdikdən sonra eyvanın izolyasiyasını dayandırmaq olar.

Geriyə yalnız istilik sistemi haqqında düşünmək və kosmetik təmir işləri aparmaq qalır.
 

# 3537
avatar

Sevinc Fərid

Oxşar yazılar