Ev işləri stressi azaldır  – Tozsoranlamaq, bişirmək..
10 oktyabr 2023 14:44 (UTC +04:00)

Ev işləri stressi azaldır – Tozsoranlamaq, bişirmək..

Ev işləri psixi sağlamlığa müsbət təsir göstərə və stressi azalda bilər.

Lent.az “TimesNewsUK”a istinadən xəbər verir ki, alimlər uzun araşdırmalar sonra bu qənaətə gəliblər. 
Bildirilir ki, sakitləşdirici fəaliyyətlərin siyahısına döşəməni tozsoranlamaq, yemək bişirmək və paltarları asmaq daxildir.

Tədqiqatda iki minə yaxın insan iştirak edib. Hər beş nəfərdən biri (18%) döşəməni süpürmək onların sakitləşməsinə kömək etdiyini bildirib. Respondentlərin təxminən 31%-i tərəvəzləri doğrayaraq və bitkiləri təmizləməklə dincəldiklərini də qeyd edib. Respondentlərin bundan bir qədər az hissəsi (28%) yuyulmuş paltarları asaraq stressdən azad olduqlarını deyiblər. 

Digər sakitləşdirici fəaliyyətlərə avtomobilin təmiri, çəmən biçilməsi, camaşırların qatlanması və bağçılıq daxildir. Respondentlərin böyük əksəriyyəti (91%) ev işlərinin stressi azalda biləcəyi ilə razılaşıb. Onların yarıdan çoxu (56%) bu fəaliyyətin onların psixi sağlamlıqları üçün yoqa və meditasiyadan daha yaxşı olduğunu bildirib.

Britaniyalı psixoloq Liza Dorn araşdırmanın nəticələrini şərh edərkən qeyd edib ki, ev işləri beyindəki zövq mərkəzlərini stimullaşdıra və qana xoşbəxtlik hormonu olan endorfinlərin ifrazına töhfə verə bilər. Hətta o bildirib ki, pilləkənləri qalxmaq və döşəmələri silmək insult riskini azaldır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4998
avatar

Sevinc Fərid

Oxşar yazılar