Çarpayının altına bunları qoymaq olmaz
01 mart 2024 09:57 (UTC +04:00)

Çarpayının altına bunları qoymaq olmaz

Hər kəs bilir ki, mənzildə əşyaları düzgün yerə qoymaq lazımdır.  Çünki bu sonradan sizə problem yarada bilər. Bir çox insan işlətmədiyi əşyaları çarpayının altına qoyur. Amma elə şeylər var ki, onları orada saxlamaq məsləhət deyil. 

Lent.az xəbər verir ki, hər gün istifadə etdiyiniz əşyaları oraya yerləşdirmək sadəcə olaraq qeyri-mümkündür. Çünki onları hər dəfə oradan götürmək çox narahat olacaq. 

Həmçinin, gigiyena və rahatlıq baxımından üst paltarları çarpayıların altındakı yuvalarda saxlamamalısınız.

Bundan əlavə, çarpayının altındakı yer tez-tez oxuduğunuz kitablar üçün də yaxşı yer deyil. Onları açıq rəflərə yığmaq sizin üçün daha asan olacaq. 

Çarpayanın altı boş qutular və yeşiklər üçün də uyğun deyil. Həmçinin, yatağın altında suvenirlər və fotoşəkillər qoymamağa çalışın. Onlar sizin xatirələrinizdir və evin enerjisinə mənfi təsir göstərə bilər. 
 

# 10233
avatar

Sevinc Fərid

Oxşar yazılar