Zelenskiyə 10 dəfədən çox sui-qəsd edilib - RƏSMİ
09 mart 2022 16:38 (UTC +04:00)

Zelenskiyə 10 dəfədən çox sui-qəsd edilib - RƏSMİ

“Müharibə başlayandan Ukrayna Prezidenti Vladimir Zelenskiyə 10 dəfədən çox sui-qəsd cəhdi edilib”.

Lent.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib.

O, həmçinin, əlavə edib ki, xarici tərəfdaşlar prezidentə iki-üç cəhddən danışsalar da bu hal daha çox təkrarlanıb: 

“Ondan artıq belə cəhdlər olub. Çünki bizdə daim operativ məlumat var. Ukraynada bu cür cəhdləri izləyən güclü kəşfiyyat və əks-kəşfiyyat şəbəkəsi fəaliyyət göstərir. Bu kimi halların çoxunun anındaca qarşısı alınır”.

Müşavir sözügedən məsələ ilə bağlı Putinin də adını hallandırıb: 

“Təhlükəsizlik nöqteyi-nəzərindən bəzi şeylər haqqında danışa bilmərəm. Bu risklər hələ də var. Qərb kəşfiyyatı düzgün qeyd edir ki, Putin üçün əsas hədəf - hökumət binasının ərazisinə hücum və bir nəfəri öldürməyə cəhd - cənab Zelenski olub”. 

Xatırladaq ki, “The Times” qəzeti müharibə ərzində Zelenskiyə qarşı üç dəfə sui-qəsd edildiyini yazmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1911

Oxşar yazılar