“Bir aylıq müharibədən sonra sizdən tələb etdiyim yeganə şey ordumuz naminə xahişdir – Rusiyaya qarşı belə müharibədən sonra daha bizə deməyin ki, ordumuz NATO standartlarına cavab vermir”.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski NATO-ya üzv ölkələrin liderlərinin bu gün keçirilən fövqəladə toplantısında çıxışı zamanı deyib.
Prezident NATO liderlərini qınayıb ki, silahların alınması Alyansın siyasi qərarlarından asılıdır:
"Bizə bütün təyyarələrinizin 1%-ni, bütün tanklarınızın 1%-ni, 1%-ni verə bilərsiniz. Biz onu sadəcə ala bilmərik. Bu cür tədarüklər NATO-nun qərarından, siyasi qərarlarından asılıdır... Yəni
bu sizə və mənə 100% təhlükəsizlik verəcək”.