Prezident Volodimir Zelenski Avropa Parlamentinin iclasında onlayn çıxış edərək, Avropanı Ukraynanı dəstəkləməyə çağırıb.
Lent.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, Zelenski çıxışında Avropa İttifaqına ölkəsinin üzvlüyünün sürətləndirilməsi üçün müraciət edib.
"Bizim çox motivasiyalı xalqımız var, biz hüquqlarımız, azadlığımız, həyat üçün, yaşamaq üçün mübarizə aparırıq. Biz Avropanın bərabərhüquqlu üzvləri olmaq üçün mübarizə aparırıq. İnanıram ki, bu gün biz hamıya göstəririk ki, Avropa İttifaqı bizimlə mütləq daha güclü olacaq. Əks halda Ukrayna tənha olacaq. Biz öz gücümüzü sübut etdik. Biz sübut etdik ki, ən azı sizinlə eyniyik. Bizimlə olduğunuzu sübut edin, bizi buraxmadığınızı sübut edin. Sübut edin ki, siz həqiqətən avropalısınız, onda həyat ölümə, işıq da qaranlığa qalib gələcək. Yaşasın Ukraynaya”, - deyə Ukrayna prezident bildirib.