"Yunis" qasırğası Avropanı cənginə aldı: ÇOX SAYDA ÖLƏNLƏR VAR
19 fevral 2022 10:47 (UTC +04:00)

"Yunis" qasırğası Avropanı cənginə aldı: ÇOX SAYDA ÖLƏNLƏR VAR

Qərbi Avropada “Yunis” qasırğası nəticəsində ölənlərin sayı on nəfərə çatıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Hollandiyada ağacların aşması və digər qəzalar 4 nəfərin ölümünə səbəb olub.

Haaqada zəng qülləsinin uçması təhlükəsi ilə əlaqədar onlarla ev təxliyə edilib.

Almaniyada avtomobilinin üzərinə ağac aşması nəticəsində sürücü ölüb. 

İrlandiyanın cənub-şərqində isə 60 yaşlı kişi dünyasını dəyişib. 

Qasırğa Böyük Britaniyada 3 nəfərin, Belçikada 1 nəfərin ölümünə səbəb olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1524

Oxşar yazılar