Yeni kralın şəkli bu tarixdə  pulların üzərində olacaq
27 sentyabr 2022 04:06 (UTC +04:00)

Yeni kralın şəkli bu tarixdə pulların üzərində olacaq

Böyük Britaniyada yeni kralın təsviri olan pulların dövriyyəyə buraxılacağı tarix açıqlanıb.

Lent.az-ın xəbərinə görə, Kral 3-cü Çarlzın təsviri olan 5, 10, 20 və funt sterliq nominalındakı kağız pullar 2024-cü ilin ortalarında tədavülə buraxılacaq.

Britaniya Mərkəzi Bankı bildirir ki, kralın pulların üzərində olunacaq fotosu ilin sonunda çəkiləcək. Kraliça 2-ci Elizabetin fotosu olan pullar paralel şəkildə tədavüldə olacaq. Onlar yalnız zədələndikdə dövriyyədən çıxarılacaq.

# 1617
avatar

Oxşar yazılar