Xersonda sosial infrastruktur obyektlərinin fəaliyyətini normal qaydada saxlamaq üçün şəhər rəhbərliyi ilə danışıqlar davam edir. Xerson tam olaraq Rusiya hərbçilərinin nəzarəti altındadır.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə - Federasiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələri yüksək dəqiqlikli silahlarla Ukraynanın 72-ci Baş Psixoloji Əməliyyatlar Mərkəzinə və digər obyektlərinə zərbələr endirib:
“Ümumilikdə, hərbi əməliyyatlar zamanı Ukraynanın hərbi infrastrukturunun 1502 obyekti sıradan çıxarılıb. LNR qoşunları xüsusi hərbi əməliyyat başlayandan bəri 75 km irəliləyib. Rusiya Aerokosmik Qüvvələrinin aviasiyası Ukraynanın hərbi infrastrukturunun 67 obyektini kütləvi hava zərbəsi ilə məhv edib".