Yunanıstanın xarici işlər naziri Dimitis Avramopoulos beynəlxalq hüquqa əsaslanaraq, Almaniyanın ölkəsinə ikinci dünya savaşından qalma 162 milyard avro müharibə təzminatı ödəməsini bildirib.
Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, Dimitris Avramopoulos aprelin 11-də verdiyi açıqlamada Yunanıstanın düşdüyü böhrana bunun aidiyyəti olmadığını söyləyib.
O, bu əski borca görə Almaniyanın Yunanıstana təzyiqləri artırdığını vurğulayıb.