Yeni doğulmuş körpəsini unitaza atdı
03 oktyabr 2014 15:45 (UTC +04:00)

Yeni doğulmuş körpəsini unitaza atdı

Moskvada yeni doğulmuş körpəsini unitaza atan 33 yaşlı qadın tutulub. Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, adı açıqlanmayan qadın Moskvaya bir neçə ay əvvəl gəlib. Körpəni saxlamağa maddi imkanı olmadığından qadın ondan qurtulmaq istəyib. Beləliklə, o, paytaxtın ticarət mərkəzlərinin birinin ayaqyolusuna gələrək yeni doğulmuş körpəsini unitaza atıb və sifonu çəkib. Lakin o, uşağın ölmədiyini görüb və hadisə yerindən qaçıb.

 

Körpəni ticarət mərkəzinin süpürgəçisi tapıb. O, ayaqyoluna girəndə təsadüfən unitazda tualet kağızına bükülmüş uşaq görüb. Hələ göbəyi belə düşməmiş körpəni tapanda o, son nəfəsində olub. Körpəyə ilkin yardımı ticarət mərkəzinin işçiləri edib.

 

Faktla bağlı Moskva polisində cinayət işi açılıb.

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2018

Oxşar yazılar