İtaliya hakimiyyəti Vatikana məxsus Romadakı müqəddəs Məryəm dəri-zöhrəvi klnikasına 7 ilə başçılq etmiş keşişi həbs edib.
Lent.az-ın «İnterfaks»a istinadən məlumatına görə, vergi polisi keşiş Franko Dekaminadunu qanunsuz olaraq, 14 milyon avro mənimsədiyi üçün tutub.
Bundan başqa onun vergi orqanlarına saxta hesab-faktura təqdim etdiyi də müəyyənləşib. Daha iki sahibkarın bu saxtakarlığa müdaxilə etdiyi ehtimal olunur.
İtaliya hakimiyyət şübhəlilərin üçünü də həbs edib.
Romada çıxan mətbuatın yazdığına görə, klinikanın 1,5 min işçisi, o cümlədən 300 həkim son bir neçə ayda maaş ala bilməyib.