Martın 22-də axşam saatlarından etibarən Ukraynaya, xüsusilə də Kiyev vilayətinə son 60 ildə mövsümün ən güclü qarı yağıb. Qar güclü çovğunla müşayiət olunur. Lent.az-ın Ukraynada olan əməkdaşının məlumatına görə, hazırda yağmağa davam qarın paytaxt Kiyevdə qalınlığı 40 santimetr, bəzi yerlərdə isə 50 santimetrdən çoxdur.
Eyni hal Kiyev vilayəti ilə yanaşı, Qərbi Ukrayna və Xarkov vilayətində müşahidə olunur. Hazırda paytaxt Kiyevdə nəqliyyat sistemi xeyli məhdudlaşıb və şəhərdaxili sərnişin daşıma sistemi tamamilə dayanıb. Yerli meteoloji büroların və sakinlərin sözlərinə görə, Kiyevdə martın sonuna yaxın belə çovğunlu qar ötən əsrin 50-ci illərində, İkinci Dünya müharibəsindən sonra yağıb.
Yerli müvafiq qurumlar nəqliyyatın hərəkətini bərpa etmək üçün çalışsa da, hələ ki nail ola bilmir. Sakinlərə küçələrə çıxmamaq barədə xəbərdarlıq edilir.
Mübariz Aslanov, Kiyev