Ukrayna prezidenti and içdi, əsgər huşunu itirdi
07 iyun 2014 15:00 (UTC +04:00)

Ukrayna prezidenti and içdi, əsgər huşunu itirdi

Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko dövlət başçısı kimi and içib. İnaqurasiya mərasimi Ukrayna Ali Radasının binasında ölkənin təntənəli surətdə keçirilib. APA TV-nin məlumatına görə,  mərasim Ukrayna telekanalları vasitəsilə canlı yayınlanıb.

 

Əvvəlcə Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Mixail Oxendovski mayın 25-də keçirilmiş növbədənkənar prezident seçkilərinin rəsmi nəticələrini elan edib. Sonra Konstitusiya Məhkəməsinin sədri Yuri Baulin Konstitusiya kitabını və “Yevangeliya”nı yeni prezidentə təqdim edib. Poroşenko əlini dini kitaba basaraq and içib. O, daha sonra prezidentin Ali Radadakı kürsüsünə qalxaraq orada and mətnini imzalayıb.

 

Andiçmə prosedurlarından sonra Ukraynanın yeni prezidenti ölkədəki vəziyyət, dövlətin daxili və xarici siyasəti barədə geniş nitq söyləyib.

 

Mərasimdə xaricdən 60-a yaxın rəsmi nümayəndə heyəti iştirak edib. Onların arasında Polşa prezidenti Bronislav Komorovski, Belarus prezidenti Aleksandr Lukaşenko, Litva prezidenti Dalya Qribauskayte, İsveçrə prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter, Sloveniya prezidenti Borut Pahor, Estoniya prezidenti Toomas İlves, Avropa Birliyi Şurasının prezidenti Herman van Rompey, ATƏT-in baş katibi Lamberto Zanyer, BMT baş katibinin müavini Ceffri Feltman, ABŞ-ın vitse-prezidenti Co Bayden də olub.

 

Tədbirdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edib. Rusiya Kiyevdəki səfir Mixail Zurabov səviyyəsində təmsil olunub. Qeyd edək ki, Poroşenko and içməyə gələrkən qarovulda dayanan əsgərlərdən biri huşunu itirərək yerə yıxılıb.     

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1899

Oxşar yazılar

Özbəkistanda zəlzələ  oldu

Özbəkistanda zəlzələ oldu

6 iyul 2025 , 20:43
Məşhur döyüş təyyarəsinin istehsalı dayandı

Məşhur döyüş təyyarəsinin istehsalı dayandı

6 iyul 2025 , 19:38
19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

19 türk əsgəri mağarada zəhərləndi, 5-i həyatını itirdi

6 iyul 2025 , 18:36
İlon Mask, amerikalı iş adamı

Maskdan gözlənilməz addım - Siyasi partiya qurdu-YENİLƏNİB

6 iyul 2025 , 18:35
Çin və Aİ arasında yeni qalmaqal

Çin və Aİ arasında yeni qalmaqal

6 iyul 2025 , 16:06
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

6 iyul 2025 , 11:18
Qonşu ölkədə təyyarə qəzaya uğradı

Qonşu ölkədə təyyarə qəzaya uğradı

6 iyul 2025 , 09:49
Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı

Xamenei müharibədən sonra ilk dəfə insanların qarşısına çıxdı

6 iyul 2025 , 07:30