Türkiyənin Xarici İşlər Nazirliyi Şimali Koreya hökumətini təmkinli və sağlam düşüncəyə əsaslanan hərəkət etməyə çağırıb. Lent.az-ın “TRT Azərbaycan”-a istinadən verdiyi məlumata görə, nazirliyin açıqlamasında Şimali Koreyanın son günlərdə BMT Təhlükəsizlik Şurasının qərarlarına zidd olaraq gərginliyi artıracaq davranışlar nümayiş etdirdiyi bildirilir.
XİN bu davranışların beynəlxalq sülh, sabitlik və təhlükəsizliyi təhdid edəcək səviyyəyə çatmasından narahat olduğunu bəyan edib: “Şimali Koreyanın Cənubi Koreyadakı əcnəbilərin evakuasiyasına dair son açıqlaması qəbuledilməzdir. Rəsmi Pxenyanı bütün dialoq kanallarını açıq saxlamağa, sağlam düşüncəylə hərəkət etməyə, arzuolunmaz hadisələrin baş verməsinə imkan verməməyə çağırırıq”.