Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi Sədərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidovun Türkiyədə həbs edilməsi ilə bağlı məlumat yayıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, M.Seyidov məzuniyyətdə olduğu müddətdə ailəsinin müalicəsi ilə əlaqədar 2013-cü il dekabr ayının 9-da Türkiyənin İstanbul şəhərinə gedib. 2013-cü il dekabr ayının 17-də İstanbul-Qars təyyarə reysində ailəsi ilə birlikdə geri qayıdarkən Qars Hava Limanında polis tərəfindən saxlanılıb. Türkiyədə əməliyyatlarda həbs olunanlarla əlaqədar bəzi məlumatların dəqiqləşdirilməsi üçün İqdır Vilayət Prokurorluğuna dəvət edilib. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi və Qarsdakı Baş Konsulluğu tərəfindən bu məsələnin tez bir zamanda həlli istiqamətində lazımi tədbirlər görülür.

Oxşar yazılar

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi
19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu
19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ
19 avqust 2025 , 17:56
Aktrisa meşədə azaraq öldü
19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi
19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü
19 avqust 2025 , 14:26
Ayın tədqiqi üçün robotlar mağarada sınaqdan keçirildi
19 avqust 2025 , 04:54