Terrorçuların əsir götürdüyü ukraynalı qadın-zabit dözüm göstərib
21 iyun 2014 04:39 (UTC +04:00)

Terrorçuların əsir götürdüyü ukraynalı qadın-zabit dözüm göstərib

Ukrayna ordusunun zabiti-qadın Nadejda Savçenko terrorçuların basqılarına müqavimət göstərib.

 

Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, terrorçular onu Ukraynanın şərqində sorğu-suala tutub. İnternetdə bu hadisə yayılıb. Videoda terrorçuların Savçenkonu boruya qandalladıqları görünür.

 

Donbasa gəlişinin səbəbi ilə bağlı sualına cavabında qadın-zabit deyib: “Ukraynanın ərazi bütövlüyünü xarici təcavüzkarlardan qoruyacağımla bağlı xalqım qarşısında and içmişəm”.

 

Savçenko “Mi-24” vertolyotunun şturman-operatoru olduğunu etiraf edib. Ancaq hərbçilərin sayı, döyüş texnikası haqda suala cavab verməyib.

 

“Mən buna diqqət etməmişəm. Hətta bilsəydim də, deməzdim. Siz bu informasiyanın nəyə lazım olduğunu bilirsiniz? Bu düşməni tanımaq üçündür” -deyə, o, terrorçuların sualını belə cavablandırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1206

Oxşar yazılar