Səudiyyədə «18 casus» saxlanılıb
20 mart 2013 06:50 (UTC +04:00)

Səudiyyədə «18 casus» saxlanılıb

Səudiyyə Ərəbistanında casusluqda ittiham olunan 18 nəfər tutulub.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda krallıq Daxili İşlər Nazirliyinin təmsilçisi açıqlama verib.

 

Şübhəlilərin 16 –sı Səudiyyə Ərəbistanı, İran və Livan vətəndaşıdır.

 

Nazirliyin təmsilçisi Mənsur Türki bildirib ki, onlar başqa dövlətlər  tərəfindən yaradılmış «casus özəyində fəaliyyət göstərib».

 

Onun sözlərinə əsasən, onlar martın 15-də krallığın 4 çeşidli bölgələrində, o cümlədən paytaxt Ər-Riyadda «qəflət və əlaqələndirilmiş əməliyyatlar nəticəsində tutulub».

 

Şübhəlilərin işinə dair araşdırma aparılır. Bundan sonra onlar məhkəmə orqanlarına təhvil veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 961

Oxşar yazılar