Rusiyaya avtomobilin baqajında keçən azərbaycanlı saxlanıldı
07 dekabr 2013 11:01 (UTC +04:00)

Rusiyaya avtomobilin baqajında keçən azərbaycanlı saxlanıldı

Rusiya ərazisinə azərbaycanlı qeyri-leqal miqrantı maşınının baqajında keçirməyə cəhd edən 2 Yujnouralsk şəhər sakini cəzalandırılıb. Lent.az-ın məlumatına görə, qeyri-qanuni miqrasiya təşkil etdikləri üçün onlar gəlirlərindən 10 faiz tutulmaqla 6 aylıq islah işlərinə məhkum ediliblər.

 

Çelyabinsk vilayətinin Troitsk rayon məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, hadisə yayda baş verib. Azərbaycan vətəndaşı Yujnouralsk sakinlərindən biri ilə razılığa gəlib ki, onu Qazaxıstanla həmsərhəd Uy çayı üzərindən Rusiyaya keçirsin. Qeyri-leqal miqrant Rusiya ərazisinə digər saxlanılanın avtomobilinin baqajında gizlənərək keçib. Lakin o, sərhədçilər tərəfindən aşkarlanıb.

 

Saxlanılanlar günahsız olduqlarını bildiriblər. Məhkəmə isə onların cinayətin üzə çıxmasında və araşdırılmasında aktiv iştiraklarını nəzərə alıb. Yujnouralsk sakinləri cəzalarını əsas iş yerlərində çəkəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2417

Oxşar yazılar