Rusiyanın Qazaxıstandan istəyi: «Balıqçılarımıza atəş açmayın»
29 noyabr 2013 02:43 (UTC +04:00)

Rusiyanın Qazaxıstandan istəyi: «Balıqçılarımıza atəş açmayın»

Rusiya Qazaxıstandan Xəzərdə rusiyalı balıqçılara atəş açılmamasının xahiş edib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda Rusiya Xarici İşlər Nazirliyi mətbuat və nəşriyyat idarəsi direktorunun müavini Mariya Zaxarova açıqlama verib.

 

«Rusiya tərəfi Qazaxıstandan  israrla xahiş edib ki, rusiyalı balıqçılara qarşı ümumi tədbirlər görülsün və odlu silahdan istifadə edilməsin»-deyə, o, vurğulayıb.

 

Xatırladaq ki, noyabrın 26-da Qazaxıstan sərhədçiləri göyərtəsində Rusiyanın 8  vətəndaşı olan iki kiçikölçülü gəmi saxlayıb. Saxlanma zamanı onlardan biri öldürülüb, bir isə yaralanıb. Qalan 6 nəfər həbs edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 677

Oxşar yazılar