Rusiyada vertolyot qəzası: 2 nəfər yaralanıb
21 iyun 2014 21:16 (UTC +04:00)

Rusiyada vertolyot qəzası: 2 nəfər yaralanıb

Rusiyanın Krasnodar diyarının Qulkeviç rayonunda “Mi-2” vertolyotu qəzaya uğrayıb.

 

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, qəza Staromavrin yaşayış məntəqəsində kənd təsərrüfatı işləri görülən zamanı baş verib. Vertolyot yerə düşən kimi yanıb.

 

Qəza nəticəsində vertolyotun kabinəsində olan iki nəfərin xəsarət aldığı və onların xəstəxanaya yerləşdirildiyi bildirilib. Hadisə yerində adam olmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 533

Oxşar yazılar