Rusiya Aralıq dənizində özünə yer eləyir
06 aprel 2013 00:06 (UTC +04:00)

Rusiya Aralıq dənizində özünə yer eləyir

Aprelin 5-də Rusiyanın Müdafiə Nazirliyi  Sakit Okeandakı Hərbi Dəniz Donanmasından  bir neçə gəmini Aralıq dənizinə göndərəcəyini bildirib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, nazirlik bunu regiondakı daimi donanma saxlamaq qərarı ilə izah edib.

Arrelin 5-də verilən yazılı açıqlamada o. da qeyd olunub ki, sualtı qayıqlara qarşı  «Admiral Panteleev» gəmisi, böyük «Peresvet», «Admiral Nevski», gəmiləri, «Pechenka» tankeri və «Fotii Krylov»  yedək gəmisi artıq Cənubi Çin dənizindən Süveyş kanalına doğru yola çıxıb.

Rusiya gəmilərin konkret adlar çəkmədən yolda xarici ölkələrin də limanlarında dayanacaqlarını bildirib.

Martın əvvəlində ölkənin müdafiə naziri Sergei Şoyqu bildirmişdi ki, Rusiya Aralıq dənizi ətrafında daimi baza yaradacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 749

Oxşar yazılar