Ukrayna prezidenti Pyotr Poroşenko bildirib ki, əgər sülh danışıqları baş tutmazsa, o zaman “B” planı işə düşəcək.
Lent.az-ın “gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda prezidentin saytında informasiya yerləşdirilib.
“Sülh ssenarisi bizim əsas “A” planımızdır. Əgər kimsə qüvvələrini yenidən qurmaq üçün vaxtı uzatmaq məqsədi ilə bundan istifadə etmək istəyirsə, o zaman bizim hər tərəfli işlənmiş “B” planımız var. Mən bu haqda danışmaq istəməzdim, çünki sülh planımızın işləyəcəyinə inanıram” -deyə, Poroşenkonun bəyanatında vurğulanıb.