Papa uşaqbazlıqla mübarizəyə başlayır
06 aprel 2013 11:41 (UTC +04:00)

Papa uşaqbazlıqla mübarizəyə başlayır

 

 Roma papası Fransisk ruhanilər tərəfindən azyaşlı uşaqlara təcavüz hazllarının qarşısını almaq üçün qətiyyətli addımlar atmaq niyyətindədir.


APA-nın “İnterfax”a istinadən xəbərinə görə, bu barədə Vatikanın rəsmi nümayəndələri məlumat verib.

 

Papa kardinal Gerhard Lüdviq Müllerlə söhbətində seksual xarakterli cinayətlərlə mübarizənin bütün kilsə üçün vacib olduğunu, ona görə də günahkarların cəzalandırılması üçün əlindən gələni edəcəyini bəyan edib: “Uşaqlar qorunma altında olmalı, zorakılıq qurbanlarına yardım göstərilməli, cinayət törədənlərə isə ittiham elan olunmalıdır. Bu, kilsənin nüfuzunun bərpası üçün vacibdir”.

 

Fransisk ruhanilər arasında seksual zorakılıqlarla mübarizəni öz pontifikliyinin ən mühüm vəzifələrindən biri elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 675

Oxşar yazılar