Roma Papası Frantsisk yüngül narkotik maddələrin satışının qanuniləşdirilməsini sərt şəkildə pisləyib. Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, o, bunu heç vaxt güzəştə gedilməyəcək “şər” adlandırıb.
Onun sözlərinə görə, bu sayaq tədbirlər yalnız qanunilik baxımından şübhə yaratmır, o həm də istənilən səmərəni də vermir.
Frantsisk narkoasılılara həkimin nəzarəti altında ağır narkotik maddələrin yerinə yüngülünü verməyin, bu sayaq müalicənin də əleyhinə olduğunu bildirib.
Narkomanlığa qarşı mübarizəyə həsr olunan konfransda çıxışı zamanı Papa bəyan edib ki, narkotik maddələrdən istifadə problemi narkotiklərin köməyi ilə həll edilə bilməz.