Pakistan hərbiçilərini daşıyan maşında bomba partladılıb. Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, terror aktı zamanı 22 əsgər ölüb, 30 əsgər isə yaralanıb. Verilən məlumatda qeyd olunur ki, hadisə Əfqanıstanla sərhəddə yerləşən Haybər-Paktuhkva əyalətinin Bannu kəndində baş verib. Terror aktının “Taliban”ın Pakistanda fəaliyyət göstərən qanadı tərəfindən törədildiyi məlum olub. Hadisə ilə əlaqədar adıçəkilən ölkənin baş naziri Nəvaz Şərif Dünya İqtisadi Forumuna iştirak etmək üçün Davosa getmək səfərini təxirə salıb. O, mətbuata açıqlamasında bildirib ki, bu hadisə Pakistana qarşı bir savaş elanıdır və bunun cavabı veriləcək.

Oxşar yazılar

Ard-arda üç dəfə güclü zəlzələ - İnsanlar küçələrə axışdı
25 avqust 2025 , 02:28
İsrail Sənanı belə vurur-Ölənlər var-VİDEO-YENİLƏNİB
24 avqust 2025 , 19:07
Lavrov şərti açıqladı
24 avqust 2025 , 18:16
Tufana görə bu adadan qaçırlar
24 avqust 2025 , 14:48
Moskvada “Uşaq aləmi”ndə partlayış-Ölən və yaralananlar var -VİDEO
24 avqust 2025 , 14:16
Rumıniya dağlarında faciə
24 avqust 2025 , 12:05
ABŞ Ukraynaya belə icazə vermir
24 avqust 2025 , 09:23