Nepalda  «pəri cadu»nun 7 ovçusu tutulub
12 aprel 2013 07:19 (UTC +04:00)

Nepalda «pəri cadu»nun 7 ovçusu tutulub

Nepalın polis mərkəzindən gənc qadını «cadugərlikdə» suçlayıb, ona işgəncə verən 7 nəfər şübhəlini həbs etdiyini bildirib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, həmin şübhəlilər qadını bağlayaraq, onu iki gün döyüb, kənd əhalisini sehrlədiyini boynuna almasını tələb ediblər.

 

Bu, son günlərdə baş vermiş ikinci özünümühakimə hadisəsidir.

 

Ötən həftənin sonunda 60 yaşlı qadını ölkənin qərbində uzaq bir kənddə soyundurub, saçının qırxıb, ifrazatı yeməyə məcbur edib, döyüblər. Bu kənd şurasının qərarına uyğun olaraq, həyata keçirilib. Onlar qadını «ifritə» adlandırıb və bildiriblər ki, bütün «bədbəxtliklər və ölümü o, yayır».

 

Hakimiyyət baş verənləri araşdırmaq üçün kəndə komissiya göndərəcəyini bildirib.

 

Xatırladaq ki, bu, Nepalın ucqar kəndlərində baş verən ilk hadisə deyil. Ötən il 40 yaşlı qadını oxşar ittihamlarla mühakimə edərək, diri-diri yandırıblar. 8 nəfər bu cinayətə görə  mühakimə olunsa da, barələrində  demək olar ki, hökm çıxarılmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1126

Oxşar yazılar