Mixael Şumaxerdən xoş olmayan  xəbər
22 iyun 2014 03:10 (UTC +04:00)

Mixael Şumaxerdən xoş olmayan  xəbər

Keçən il Fransada xizək sürərkən yıxılıb ağır yaralanan, 174 gün müalicəsi davam edən “Formula 1”- in əfsanəvi pilotu Mixael Şumaxer haqda yeni yeni xəbər yayılıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, müalicəsi dövründə ondan yaxşı xəbərlər gəlsə də, isveçrəli doktor Erix Riederer bu dəfə xoş olmayan xəbər verib. O, deyib ki, Şumaxer yataq xəstəsi olacaq:  “Şumaxerin qarşıdakı 3 ay ərzində təkbaşına oturması və 6 ayda əlil arabasından istifadə edə bilməsi böyük nailiyyət sayılacaq”.


Riederer bildirib ki, 6 aydan sonra Şumaxerin komadan ayılması inanılmazdır.

 


Xatirladaq ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransada xizək sürərkən yıxılmışdı. Başı qayaya dəyəndən sonra ağır yaralanmışdı. İyunun 16-da meneceri Sabina Kehm onun komadan çıxdığını bildirmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1876

Oxşar yazılar