Misir məhkəməsi 183 hərəkat tərəfdarı barədə ölüm hökmü çıxarıb
22 iyun 2014 04:45 (UTC +04:00)

Misir məhkəməsi 183 hərəkat tərəfdarı barədə ölüm hökmü çıxarıb

Misir məhkəməsi “Müsəlman qardaşları” hərəkatının 183 tərəfdar barəsində çıxarılan ölüm hökmünü təsdiqləyib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onlraın arasında hərəkatın mənəvi lideri Məhəmməd Bədie də var.

 

Onlar “polis məntəqələrinə basqın etməkdə”, “iğtişaş yaratmaqda” suçlu bilinib.

 

Xatırladaq ki, bu ilin aprelində 683 hərəkat təəssübkeşi barədə də ölüm hökmü çıxarılmışdı. İyunun 21-də keçirilən məhkəmə prosesi zamanı onların 496-ı bəraət alıb, 4-nün edam hökmü ömürlük həbslə əvəzlənib.

 

İttiham olunanların bir çoxu qiyabi mühakimə edilib. Bundan başqa məhkəmənin qərarından şikayət etmək də mümkündür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621

Oxşar yazılar