Fransanın paytaxtında Səudiyyə Ərəbistanın səfirliyinin maşınına silahlı hücum olub. Lent.az-ın İtar TASS-ın saytına istinadən məlumatına görə, silahlılar şahzadənin maşınından 250 min avro nəğd pul və maşınını aparıblar.
Maşına saldıranlar həmçinin şahzadənin maşınından ona məxsus və səfirliyin sənədlərini də götürüblər. Cinayətkarlar hadisə yerindən qaçmağı bacarıblar.
Polisin verdiyi məlumata görə, insident zamanı kimsə xəsarət almayıb. Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar aparılır.