Mahmud Abbas növbəti seçkidə namizədliyini irəli sürməyəcək
21 iyun 2014 00:10 (UTC +04:00)

Mahmud Abbas növbəti seçkidə namizədliyini irəli sürməyəcək

Fələstinin başçısı Mahmud Abbas qarşıdan gələn prezident seçkisində namizədliyini irəli sürməyəcəyini bildirib.

 

Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, Rusiyaya səfər öncəsi verdiyi müsahibədə deyib: “Mənə təzyiqlər edilsə də, indiki vəziyyətdə qarşıdan gələn prezident seçkisində namizədliyimi irəli sürməməkdə qərarlıyam”.

 

“Bu vəzifəyə layiqli namizəd kimi görürsünüz” sualından yayınaraq, ad çəkməyən.M.Abbas deyib: “Fələstin xalqının bu vəzifəyə namizəd olacaq çoxlu oğulları var”.

 

Qeyd edək ki, 2005-ci ildən Mahmud Abbas Fələstin Milli administrasiyasının rəhbəridir. O, bir neçə dəfə prezident seçilib.

 

Xatırladaq ki, iyunun 24-də Rusiyaya səfər edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549

Oxşar yazılar