Yunan Kiprinin prezidenti Nikos Anastasiadis qastroenterit (mədə xəstəliyi) simptomları ilə Nikosiyadakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, hökumətin təmsilçisi Nikosa Xristodulidisin yazılı açıqlamasında bu haqda bildirilib.
Sənəddə qeyd edilib ki, prezident “müayinə edilmək üçün xəstəxanaya yerləşdirilib”.
Bu səbəbdən onun Şimali Kipr Türk Cümhuriyyətinin lideri Dərviş Əroğlu ilə iyunun 23-ə nəzərdə tutulan görüşü təxirə salınıb.
Həmin tədbir cari ilin fevralında Kipr məsələsinin tənzimlənməsi üzrə icmalararası birbaşa danışıqlar çərçivəsində keçirilir.