Kılıçdaroğlu Ərdoğanı topa tutdu: “Dəstənin rəisi sənsən!”
20 dekabr 2013 16:26 (UTC +04:00)

Kılıçdaroğlu Ərdoğanı topa tutdu: “Dəstənin rəisi sənsən!”

Türkiyənin ana müxalifət partiyası olan CHP-nin sədri Kamal Kılıçdaroğlu 3 nazir oğlunun həbs edildiyi “Böyük rüşvət” əməliyyatının ardından ilk dəfə geniş açıqlama ilə çıxış edib.

 

Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, CHP sədri açıqlamasında Ərdoğanı sərt tənqid edib.  

 

O, övladları həbs edilən nazirlərin hələ də vəzifədə qalmalarını və istefa verməməklərini sərt dillə tənqid edərək deyib ki, baş nazir Ərdoğan bu şəxsləri qoruyur.

 

K.Kılıçdaroğlunun sözlərinə görə, Ərdoğan “dövlət içində dövlət”in olduğunu deyir: “Bəs, oğrunun heçmi günahı yoxdur? Ölkədə hər şey bir diktatorun iki dodağının arasındadır. Sən o nazirləri niyə hələ də orda saxlayırsan? Saxlayırsansa, deməli, sən də o korrupsiyanın bir parçasısan”.

 

Ərdoğanın keçirilən əməliyyatdan xəbərsiz olmasına da toxunan CHP sədri deyib ki, baş nazir əməliyyatdan xəbər tutub, onun qarşısını almaq üçün bundan şikayətlənir: “Sənə xəbər verilməsi cinayətdir. Sənə xəbər verməyəni dəstə rəisi elan edirsən. Dəstə rəisi də, dəstənin özü də sənsən”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1529

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən  yıxılıb öldü

Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü

19 avqust 2025 , 14:26