İyunun 21-də Əfqanıstanın keçmiş xarici işlər naziri, prezidentliyə namizəd Abdullah Abdullahın tərəfdarları seçkilərin saxtalaşdırılmasına etiraz olaraq paytaxt Kabildə aksiya keçirib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, yüzlərlə aksiyaçı Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında saxtakarlığa etiraz edən şüarlar səsləndirib. Aksiya dinc xarakterli olub.
Abdullah Abdullah prezident seçkilərinin nəticələrini tanımır.
İyunun 14-də keçirilən seçkilərin ikinci turunda Abdullah Abdullah ilə keçmiş maliyyə naziri Əşrəf Qəni mübarizə aparırdı.