Hindistan İtaliyanın səfirinin bu ölkədən çıxmasına qadağa qoyub. Lent.az-ın məlumatına görə, səfir Daniel Mançinin ölkəni tərk edə bilməməsi ilə bağlı qərarı Hindistanın Ali məhkəməsi martın 14-də qəbul edib. Buna səbəb iki hindli balıqçının ölümündə təqsirli bilinən italyan dənizçilərin Dehliyə təhvil verilməməsidir.
Qeyd edək ki, rəsmi Roma martın 11-də həmin dənizçiləri Hindistana təhvil verəcəyini bəyan edib.

İtaliya səfirinə qadağa
0
0
0
0