İngiltərədə irqçiliklə bağlı sanksiyalar tətbiq ediləcək
17 may 2013 02:32 (UTC +04:00)

İngiltərədə irqçiliklə bağlı sanksiyalar tətbiq ediləcək

0

İngiltərə Futbol Assosiasiyası növbəti mövsümdən etibarən irqçiliklə bağlı olaraq yeni sanksiyalar tətbiq edəcək. Apasport.az saytının məlumatına görə, sözügedən federasiyanın rəhbəri Devid Bernşteyn futbolçunu təhqir edən hər hansı bir oyunçu 5 matçlıq cəzalanacağını bildirib. 

O, həmin futbolçu yenidən belə bir hərəkət etdiyi təqdirdə 10 oyunluq cəzalanacağını və pul cəriməsinin veriləcəyini ifadə edib. İngiltərə Futbol Assosiasiyası irqçiliklə mübarizə üzrə proqrama isə 4 milyon avro sərmayə qoyacaq.

Qeyd edək ki, 2011-ci ildə “Liverpul”un uruqvaylı hücumçusu Luis Suares “Mançester Yunayted”in müdafiəçisi Patris Evranı oyun zamanı təhqir etdiyi üçün 8 oyunluq İngiltərə Futbol Assosiasiyası tərəfindən cəzalanmış və 40 min sterlinq dəyərində pul cəzası verilmişdi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 496

Oxşar yazılar