Martın 18-də gecə İsraildə yeni hökumətin ilk toplantısı olub.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, nazirlər əşkinazların ravvini İyon Metsger və səfardların ravvini Şlomo Amarın səlahiyyət müddətinin uzadılması haqda qərarı təsdiqləyiblər.
Mənbə bildirib ki, Metsger və Amarın səlahiyyət müddəti gələn həftə başa çatır.
Hökumət bu qərarı ilə onların daha 4 ay yəhudi təriqətlərinə başçılıq etməsini təsdiqləyib. 4 aydan sonra baş ravvinliyə keçiriləcək seçkilərdən sonra onların tutduqları vəzifədə qalmaları məsələsi həll olunacaq.