Martın 7-də gecə saatlarında «Malaysia Airlines»-a məxsus «Boeing 777» təyyarəsinin dispetçerlə əlaqəsi itib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, «İTAR-TASS» bildirib ki, təyyarənin göyərtəsində 227 sərnişin, 12 nəfərlik uçuş heyəti var.
Göyərtədəki sərnişinlər 13 ölkənin vətəndaşıdır. Onların 160-ı Çindəndir.
Bundan başqa ABŞ, İtaliya, Fransa, Ukrayna, Rusiya və Malayziya vətəndaşları da var.
Təyyarə Malayziyanın paytaxtı Kuala-Lumpurdan Pekinə uçurmuş. Onun təxminən Vyetnamın hava məkanında itdiyi ehtimal edilir.