Fransa və Böyük Britaniya Suriya müxalifətini silahlandırmaq qərarı verdi
14 mart 2013 13:29 (UTC +04:00)

Fransa və Böyük Britaniya Suriya müxalifətini silahlandırmaq qərarı verdi

Fransa və Böyük Britaniya Avropa Birliyinin razılığı olmadan Suriya müxalifətinə silah verməyi qərara alıb.

Lent.az-ın verdiyi məlumata görə, Fransa xarici işlər naziri Laurent Fabius bunu “France İnfo” radiosuna müsahibəsində söyləyib.

Laurent Fabius Fransa prezidenti Fransua Hollandın suriyalı müxaliflərlə görüşdüyünü və müxaliflərin silah embarqosunun qaldırılması istədiklərini bildirib: “Bu ədalətsizlikdir. Suriyada 70 min nəfər öldürülüb, 1 milyon qaçqın var. Bir tərəfdən də Rusiya və İran Suriya prezidenti Bəşər Əsədi dəstəkləyir, ağır silahlar verirlər. Buna daha dözə bilmərik. Əgər Avropa Birliyində suriyalı müxalifləri silahlandırmaqla bağlı qərar qəbul etmək mümkün olmazsa, Fransa və Böyük Britaniya müxalifləri silahlandıracaq. Çox tez hərəkət etməliyik. Avropa Birliyi bir neçə həftə ərzində toplantı keçirməlidir. Ancaq Fransa və Böyük Britaniya toplantının tezliklə keçirilməsini təklif edir. Mart ayı bitmədən Avropa Birliyində məsələ müzakirə olunmalı, ortaq qərar vermək mümkün olmazsa, biz özümüz addım atacağıq”.

Qeyd edə ki, Avropa Birliyində Fransa və Böyük Britaniya ilə bərabər İtaliya da Suriya müxalifətinə silah embarqosunun qalxmasını istəyir. Lakin Almaniya başda olmaqla, bir qrup ölkə suriyalı müxaliflərin silahlandırılmasına qarşı çıxır. Arqument də budur ki, bu silahlar radikal islamçıların əlinə keçəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 874

Oxşar yazılar