Fransa prezidenti Fransua Olland Mərkəzi Afrika Respublikasındakı (MAR) hərbçilərinin sayını artırılacağı haqda bəyana verib.
Lent.az-ın «Röyter»-ə istinadən məlumatına görə, o, deyib: «Dekabrın 5-də 600 əsgər olub. Ötən gün onların sayı minə çatıb. Dekabrın 7-də isə MAR-da gecə 1600 fransalı hərbçi yerləşdiriləcək».
Xatırladaq ki, ötən 2 gün ərzində bu respublikada etnik və dini zəmində 300-dən çox insan qətlə yetirilib.