Bundan sonra Kubaya səfər edən turistlər ölkənin keçmiş lideri Fidel Kastronun şəxsi avtomobillərində gəzə biləcək.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, Kastronun bütün avtomobilləri Kubanın “Kubataksi” taksi mərkəzinə verilib.
“Turistlər avtomobilin yiyəsinin kimliyini deyən kimi onlar arxa oturacaqda oturub, təəccüblənir, buna inanmadıqlarını söyləyirlər ” -deyə, taksi sürücüsü bildirib.
Fidel Kastronun avtomobilləri keçmiş SSRİ-də istehsal olunub. Onun kolleksiyasında məşhur “Çayka” maşını ilə yanaşı “QAZ” və “ZİL” zavodlarının istehsal etdiyi maşınlar da var. Onların biri çoxunu SSRİ-nin keçmiş lideri Nikita Xruşov Kastroya hədiyyə edib.
Mənbə bildirib ki, dövlət taksi firması “Kubataksi”-nin 24 avtomobil alacağı gözlənilir.