Fətullah Gülənin vəkilindən açıqlama
18 dekabr 2013 23:03 (UTC +04:00)

Fətullah Gülənin vəkilindən açıqlama

Fətullah Gülənin vəkili Orxan Ərdəmli Türkiyə KİV-də müvəkkili barəsində deyilənlərə münasibət bildirib.

 

Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, o, bildirib ki, mediada Fətullah Gülənlə bağlı «hökumətə savaş açma», «əməliyyat başlatma», «çirkli oyunlar oynama», «tələ qurma» kimi iddialar «pis niyyətin və xəyali düşüncənin məhsuludur».

 

Orxan Ərdəmli yazılı açıqlamasında son günlər rüşvət, korrupsiya  və qaçaqmalçılığa qarşı keçirilən əməliyyatları hər bir ölkədə qarşılaşa bilinəcək olaylardan biri kimi dəyərləndirib. Onun sözlərinə görə, hüquqi dövlətdə bu məsələlər məhkəmədə, soyuqqanlılıqla həll edilə bilər: «Bir sıra xəbərlərdə və yazılarda müvəkkilim Fətullah Gülənə qarşı ağır ittihamların irəli sürülməsi haqsızlıqdır. Ona qarşı cəmiyyətdə hüquqa qarşı yayınlar təəssüf doğurur».

 

O.Ərdəmli müvəkkili barəsində ortaya atılan bütün iddiaların «əsassız və qəbuledilməz» olduğunu vurğulayıb: «Hörmətli Fətullah Gülənə qarşı irəli sürülən bu ittihamların heç bir gerçək deyil».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1691

Oxşar yazılar