Bu gün günorta Suriyada Bəşər Əsədə sadiq qüvvələrin Hələb şəhərini bombalaması onlarla insanın ölümünə səbəb olub. Bu barədə Lent.az-a Hələbdə yaşayan Hüseyn Bakan məlumat verib. Verilən məlumatda qeyd olunur ki, 9-u uşaq, 8-i qadın olmaqla 40 nəfər həyatını itirib. 100-dən çox sakin yaralanıb.