Əsəd Dərada 50 nəfəri qətlə yetirdi
12 aprel 2013 18:39 (UTC +04:00)

Əsəd Dərada 50 nəfəri qətlə yetirdi

Suriyanın Dəra vilayətində hökumət qüvvələri ilə üsyançılar arasındakı döyüşlər zamanı öldürülən 50 nəfərin dəfn mərasimi keçirilib. Lent.az-ın “Amerikanın səsi”-nə istinadən verdiyi məlumata görə, müxalifət fəallarının internetə yerləşdirdiyi videoda cəsədlərin arasında uşaqların da olduğu nümayiş etdirilir.

Prezident Bəşar Əsədə sadiq qüvvələrin üsyançıları sıxışdırıb çıxarmaq üçün Sənameyn şəhərinə hücum etdikləri zaman öldürüldüyünü bildirib.

Son günlərdə paytaxt Dəməşqə çıxış əldə etmək üçün üsyançılar cənubda bir neçə strateji qəsəbəni ələ keçiriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 548

Oxşar yazılar